İstanbulda keçiriləcək liderlər sammiti ilə bağlı yeni qərar

  • By admin
  • 14 Mart 2020 10:30

Martın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin iştirak edəcəyi sammitin keçirilməsi ilə bağlı koronavirus səbəbindən müəyyən dəyişikliklər edilməsi barədə qərar verilib.

Belə ki, görüş telekonfransla həyata keçiriləcək.

Gununsesi.org bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Qeyd edək ki, görüşdə Suriyanın İdlib şəhəri və miqrantlarla bağlı məsələ müzakirə olunacaq, həmçinin Türkiyə-Avropa Birliyi münasibətlərindən danışılacaq. 

Bundan əvvəl tədbirin İstanbulda keçirilməsi planlaşdırılmışdı.

Gununsesi.org