İnterpolun qırmızı bülleteni ilə axtarışda olan “Silahlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qrupu”nun rəhbəri Şaun Monaqan İstanbulda tutulub.
Gununsesi.info xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında “KAFES-16” adlı kritik əməliyyatla bağlı məlumat paylaşıb.
“İngiltərənin Şimal-Şərqi bölgəsində narkotik ticarəti ilə məşğul olan Silahlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatının rəhbəri, İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Monaqhan İstanbulda keçirilən əməliyyat zamanı yaxalandı”, – deyə o bildirib.
Gununsesi.info