İstanbulda kütləvi yürüş: Minlərlə insan Qalata körpüsünə axın etdi – VİDEO\FOTO

  • By admin
  • 01 Yanvar 2024 12:34

İstanbulda yeni ilin ilk günü Qəzza zolağının sakinləri ilə həmrəylik və terroru pisləyən kütləvi yürüş başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRThaber” telekanalı məlumat yayıb.

Məlumata görə, aksiya sübh namazından sonra başlayıb. İstanbul və ölkənin digər şəhərlərinin on minlərlə sakini Türkiyə, Fələstin bayraqları və İsrailin Qəzzadakı hərəkətlərini pisləyən pankartlarla dünyaca məşhur Sultahemet, Süleymaniyə, Haliç körfəzinin yaxınlığından Qalata körpüsünə qədər irəliləyiblər. Orada yürüş təşkilatçıları Fələstin xalqına dəstək bəyanatı oxumaq niyyətindədirlər.

Aksiyanın təşkilatçısı Türkiyənin 300-dən çox ictimai və gənc təşkilatını özündə birləşdirən Milli İradə Platforması olub. Onun təşəbbüskarlarından biri də Türkiyə Gənclik Vəqfləri Birliyinə rəhbərlik edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğandır. O, TRT Haber televiziyasında deyib: “Yeni ilin ilk mesajını Türkiyədən bütün dünyaya çatdırmaq və Qəzzadakı qırğına “yox” demək üçün əsrin yürüşü və toplantısı təşkil edirik”.

Yürüşün təşkilatçılarından biri də Türkiyənin keçmiş maliyyə naziri Berat Albayrakdır.

Gununsesi.info