İstanbulda məhkəmə binası yaxınlığında törədilən terror aktı ilə bağlı saxlanılanların ümumi sayı 90-a çatıb.
Gununsesi.info-nun məlumatına görə, polis şübhəlilərin yaşayış yerlərində reydlər keçirib.
Terror aktı ilə bağlı istintaqın davam etdirilməsi və onu törədən şəxslərin əlaqələrinin müəyyənləşdirilməsi ilə əlaqədar İstanbul Baş Prokurorluğu tərəfindən yeni həbslər üçün orderlər verilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, iş üzrə şübhəli şəxslərin tutulması istiqamətində əməliyyatlar davam etdiriləcək.
Gununsesi.info