İstanbulda məscid imamına bıçaqla hücum edildi – FOTO

  • By admin
  • 09 Yanvar 2024 09:18

İstabulun Fatih camisində məscid imamına bıçaqla hücum olub.

Gununsesi.info xəbər verir ki, hücum edən şəxs məscidin içərisində “Allahu Əkbər, məhv olsun İsrail. Müsəlmanları oyandırın” deyə qışqırıb və imam tərəfindən xəbərdarlıq edilib. Mühafizəçilər tərəfindən məsciddən bayıra çıxarılan təcavüzkarın bir müddət sonra imamın otağına gələrək ona bıçaqla hücum edib.

Məscid İmamı Kurra Hafiz Qalip Usta və məsciddə ibadət edən bir nəfər namazdan sonra hücum edən tərəfindən bıçaqla yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Hucumla bağlı detallar ortaya çıxıb. Məlum olub ki, Fatih camisində namaz qılarkən problem yaradan şübhəli Ö.S özəl mühafizəçilər tərəfindən məsciddən çıxarılıb. Namazdan sonra imamın otağına daxil olan və Usta Qaliplə danışmaq istədiyini bildirən şübhəli şəxs imama müdaxilə etməyə çalışan məscid camaatının üzvü B.E.-yə bıçaqla xəsarət yetirib.

Xəbər verildikdən sonra əraziyə polis və tibb qrupları göndərilib. Yaralılar tibb işçiləri tərəfindən xəstəxanaya aparılıb. Şübhəli Ö.S. nəzarətə götürülüb.

Gununsesi.info