İstanbulda məktəblilər güllələndi

  • By admin
  • 13 Oktyabr 2017 18:59

gulle

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb.

Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.

Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.

Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.

Gununsesi.info