İstanbulda məsciddə atışma baş verib, yaralananlar var

  • By admin
  • 01 Yanvar 2017 21:30

0a7a0bf0-f541-49e5-bc45-50eaa5f8b162_292

 

Türkiyənin İstanbul şəhərindəki məscidlərdən birində atışma baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hurriyyet” məlumat yayıb.

Məlumata görə, naməlum şəxs məsciddə tüfəngdən atəş açıb. Nəticədə bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Bununla yanaşı, hücum edən şəxsin özünün də yaralandığı bildirilir.

Polis insidentin məişət zəminində baş verdiyini bildirib.

 

Gununsesi.info