İstanbulda ÖNƏMLİ SİYASİ TOPLANTI: Lavrov və Şoyqu sabah Türkiyəyə səfər edəcək

  • By arzu
  • 13 İyun 2020 18:56

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu sabah Türkiyəyə səfər edəcək.

Gununsesi.org-un yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin NTV televiziyası məlumat yayıb.

Rusiyalı nazirləri İstanbulda həmkarları Mövlud Çavuşoğlu və Hulusi Akar qəbul edəcək.

Nazirlərinin toplantısında əsasən Liviya və İdlib mövzusunda müzakirələr olacağı bildirilir.

Gununsesi.org