İstanbulda partlayış: Ölən və yaralılar var

  • By admin
  • 28 Oktyabr 2022 12:38

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda yerləşən sənaye müəssisəsində partlayış baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.

Partlayışın baş verdiyi əraziyə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.

Gununsesi.info