İstanbulda sərnişin avtobusu qəzaya uğradı: Ölənlər var

  • By admin
  • 09 Avqust 2020 10:34

Türkiyənin İstanbul şəhərinin Şimali Mərmərə magistralında sərnişin avtobusu qəzaya uğrayıb. 

Gununsesi.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı avtobus yerüstü keçidin divarına çırpılıb.

Qəza nəticəsində beş nəfər ölüb, 26 nəfər yaralanıb.

Qəzanın dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

 

 

Gununsesi.info