İstanbulda silahlı insident: polis öldürüldü

  • By admin
  • 16 İyul 2017 13:00

turk_polis
İstanbulunTuzla bölgəsində silahlı insident baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 1 polis həyatını itirib.

Məlumata görə, oğurluq hadisəsi ilə əlaqədar əraziyə gələn polis oğrunun açdığı atəş nəticəsində ağır yaralanıb.

Yaralanan polis xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Gununsesi.info