İstanbulda taleyinin ümidinə buraxılmış uşaqlara sahib çıxan adam - MÜBARİZ MƏNSİMOV OXUTDUĞU UŞAQLARLA BİR ARADA

  • By admin
  • 30 Dekabr 2023 19:56

 

Türkiyədə çalışan azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün məktəb açması haqqında eşitmişdim.

Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan məktəbdə təşkil olunan Yeni İl Şənliyinə qatılarkən bu məktəb haqqında çox şeyi öyrəndim.

Söhbət, iş dalınca Naxçıvandan İstanbula köç edən on minlərlə Muxtar Respublika sakinlərindən gedir.

 

Bunlar o adamlardır ki, əksəriyyəti İstanbulun tekstil fabriklərində və anbarlarında ailəlikcə çalışır.

Qeydiyyatsız yaşan bu insanların övladlarının gələcəyi isə taleyin ümidinə buraxılıb desək yanılmarıq.

Ancaq soydaşlarımızın bir qismi bu nigarançılığını qismən də olsa Mübariz Mənsimov hesabına sonlandıra bilib.

Belə ki, 300-ə yaxın şagirdin təhsil aldığı orta məktəbin bütün xərclərini Cənab Mənsimov öz şəxsi vəsaiti hesabına ödəyir.

Məktəbdə təşkil olunan Yeni İş Şənliyinə qatılan Mənsimov yüzlərlə uşağın gözündə yaşatdığı sevincdən özü də məmnun idi.

Uzun illərdir ki, şənliyə, milli adət-ənənələrdən doğan bayram tədbirlərinə həsrət qalan bu uşaqları sevindirən Mübariz Mənsimovun onların müəllim və valideynləri tərəfindən necə sevildiyinin də şahidi olduq.

Müəllimlər, şagirdlər və onların qarşısında çıxış edən Mübariz Mənsimov onlara daha yaxşı şəraitli məktəb vəd edib.

Məktəbin direktoru Aygun Həsənoğlu isə bu savab işinə görə, iş adamına təşəkkür edib.

 

Direktor onu da deyib ki, məktəbin açılması ilə hərf tanımayan 12-15 yaşlı uşaqları da bu təhsil ocağına cəlb edib.

Pərviz Həşimli

BAKI-İSTANBUL-BAKI