İstanbulda terror əməliyyatı

  • By admin
  • 11 Avqust 2016 11:56

ter

İstanbul terrorla mübarizə şöbəsinin əməkdaşları Xüsusi Təyinatlı Çevik Hərəkət qüvvələri ilə birlikdə Halkların Demokratik Partiyasının (HDP) Bəyoğlu, Esenyurt, Sultangazi, Bahçelievlər, Bağcılar, Avcılar, Arnavutköy, Başakşehir, Esenler və Gaziosmanpaşa bölgələrindəki ofislərində əməliyyat keçiriblər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərazidə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Hətta, havadan helikopterlər də dəstək verib. Əməliyyat zamanı HDP-nin 17 nəfər üzvü nəzarətə götürülüb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Çevik Hərəkət qüvvələri əməliyyat zamanı xeyli sayda simsiz rabitə cihazları aşkar edərək götürüblər.

Anar

Gununsesi.info