İstanbulda terror törədən şəxsin kimliyi açıqlandı - PASPORTUNUN FOTOSU YAYILDI

  • By admin
  • 03 Yanvar 2017 15:35

terror

Türkiyə hüquq-mühafizə orqanları İstanbulda gecə klubunda terror həyata keçirən şəxsin kimliyini müəyyənləşdirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, terroru 28 yaşlı Qırğızıstan vətəndaşı Yəhya Maşrapov törədib.

Terrorçuya aid olduğu ehtimal edilən pasportun fotosu da paylaşılıb.

Qeyd edək ki, fotonu ilk olaraq TRT World tvitterdə izləyiciləri üçün paylaşıb. Lakin rəsmi açıqlama olmadığı üçün sonradan həmin foto səhifədən silinib.

Gununsesi.info