Türkiyənin İstanbul şəhər valisi Əli Yerlikaya yanvarın 3-də qatı duman səbəbindən ictimai nəqliyyatda mümkün ləngimələr barədə sakinlərə xəbərdarlıq edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yerlikaya yanvarın 2-də İstanbula enməli olan 50-dən çox reysin şəhərin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına yönləndirildiyini bildirib.
Türk Hava Yolları hava limanına 100 reysin ləğv edildiyini açıqlayıb.
Açıqlamada, “Xüsusilə gecə və səhər saatlarında Trakya, İstanbul, Çanaqqala, Balıkesir, Bursanın qərbi və Manisa başda olmaq üzrə duman gözlənildiyi üçün görmə qabiliyyətinin azalması və nəqliyyatda axsamalar kimi mənfiliklərə qarşı diqqətli olun”,- qeyd olunub.
Qeyd edək ki, səhər saatlarından İstanbulda təsirli olan duman axşam saatlarında intensivliyini artırıb. Duman səbəbindən bəzi ərazilərdə görmə məsafəsi bir neçə metrə qədər azalıb.