İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb – YENİLƏNİB

  • By admin
  • 05 Aprel 2018 20:20


İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gaziosmanpaşa rayon bələdiyyəsinin sədri Hasan Tahsin Usta məlumat verib.

Onun sözlərinə görə, yanğın tamamilə lokallaşdırılıb, xəstəxananın Reanimasiya şöbəsində müalicə olunan xəstələr də təxliyyə edilib.

*** 18:45

Türkiyənin İstanbul şəhərində xəstəxanada güclü yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə Gaziosmanpaşa rayonundakı Taksim İlk Yardım Xəstəxanasında qeydə alınıb.

Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

Yanğın nəticəsində ölən və yaralananların olmadığı, xəstəxananaın Reanimasiya şöbəsindən başqa bütün tibbi personal və xəstələrin təxliyyə edildiyi bildirilir.

Yanğın səbəbi hələlik məlum deyil.

 

Gununsesi.info