İstanbulda yaşayış binasında GÜCLÜ PARTLAYIŞ - VİDEO

  • By admin
  • 09 Oktyabr 2022 21:26

İstanbulun Kadıköy rayonunda yaşayış binasında güclü partlayış baş verib.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb.

Hadisə yerinə çox sayda xilasedici, sağlamlıq və polis qrupları göndərilib.

Yanğınsöndürənlərin yanğına müdaxiləsi davam edir.

İlkin məlumata görə, 1 nəfər xəsarət alıb.

Gununsesi.info