
İstanbulda “Santa Maria” kilsəsinə silahlı hücumu həyata keçirən maskalı şəxslərin kilsənin əsas qapısına daxil olduğu anın görüntüləri ortaya çıxıb.
Gununsesi.info xəbər verir ki, hücumdan saniyələr əvvəl Tuncer Cihanın kilsəyə girdiyi və təcavüzkarların qapını açdığı görülür.
Ötən gün “Santa Maria” İtalyan kilsəsində baş verən silahlı hücumda iki maskalı şəxs içəri girərək atəş açıb. Hücum nəticəsində 1 nəfər ölüb.
Gununsesi.info