İstanbuldakı partlayışda yaralanan azərbaycanlının kimliyi bilindi

  • By admin
  • 07 İyun 2016 17:50

 

Istanbul-Suicide-Bombing.jpg.image.975.568

İstanbulda törədilən partlayışda yaralanan azərbaycanlının kimliyi məlum olub.

Gununsesi.info xəbər verir ki, yaralanan azərbaycanlı Murad Mirəliyevdir. O, Haseki Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Hadisə nəticəsində 12 nəfər – 7 polis əməkdaşı, 5 mülki şəxs ölüb. Hadisə nəticəsində 35 nəfər yaralanıb ki, onlardan da 2-nin vəziyyəti ağırdır.

Hadisəni PKK terror təşkilatının törətdiyi ehtimal olunur.

Qeyd edək ki, məlumatların yayılması ilə bağlı artıq mətbuata qadağa qoyulub. Media yalnız rəsmi məlumatları yaya bilər.   (APA)