İstanbuldakı terror aktı ilə bağlı məhkəmə prosesində təcili qərar

İstanbulun İstiqlal prospektində 6 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı 36 müttəhimin mühakimə olunduğu işdə həbs edilən 24 şübhəlidən 6-sı sərbəst buraxılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror aktından sonra başladılan istintaq çərçivəsində barəsində iddia açılan 24 müttəhim, 36 şübhəlinin məhkəməsi bu gün davam edib. İclasda saxlanılan təqsirləndirilənlərdən 6-nın azadlığa buraxılmasına qərar verilib.

Xatırladaq ki, 13 noyabr 2022-ci il tarixində İstanbul İstiqlal küçəsində skamyaya qoyulmuş bombanın partlaması nəticəsində 6 nəfər ölüb, 99 nəfər yaralanıb.

Gununsesi.info