
İstanbulda baş verən partlayış ABŞ-ın yeni prezidenti Donald Trampa bir mesajdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komissiyasının sədr müavini Frants Klintseviç jurnalistlərə açıqlamasında deyib.
“Türkiyədə baş verən terror hücumları bunu ortaya qoydu: Yaxın gələcəkdə terror təhlükəsi getdikcə artacaq. Terrorla mübarizə və terrorun qarşısının alınması üçün böyük dövlətlər güclərini koordinasiya etməlidir. Burada əsasən, Rusiya və ABŞ-ın rolunu vurğulayıram. Moskva belə əməkdaşlığa hazırdır. Türkiyədəki hücumlar Donald Trampa bir mesajdır. ABŞ özü bu hücuma məruz qalmadan vəziyyəti və Yaxın Şərq siyasətini diqqətlə nəzərdən keçirməlidir”, – Klintseviç bildirib.
O, bildirib ki, Türkiyə terrorla mübarizədə Kreml üçün etibarlı müttəfiqdir.
Gununsesi.info