İstanbuldakı terrora görə həbs edilənlərin sayı 50-yə çatdı

  • By admin
  • 15 Noyabr 2022 12:57

Türkiyənin İstanbul şəhərindəki terror aktı ilə bağlı yeni həbs edilənlər var.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, İstiqlal küçəsində törədilən bombalı hücumla bağlı saxlanılanların sayı 50-yə yüksəlib.

Bu barədə qardaş ölkənin ədliyyə naziri  Bəkir Bozdağ bildirib.

Bu arada Türkiyənin səhiyyə naziri Fahrettin Koca 81 yaralıdan 58-nin müalicəsinin tamamlandıqdan sonra evə buraxıldığını açıqlayıb: “17 yaralı xəstə xidmətdədir, 6 xəstə isə hələ də reanimasiyadadır”.

 

Tərcümə: 

Mətləb

Gununsesi.info