
Yanvarın 1-nə keçən gecə İstanbuldakı “Reina” gecə klubunda baş vermiş terror aktını törətməkdə şübhəli bilinən şəxsin Özbəkistan, yaxud Qırğızıstan vətəndaşı olduğu bildirilir. Virtualaz.org xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat verib.
Həmin şəxsin İŞİD terror qruplaşması ilə əlaqəli olduğu əlavə olunub.
Yeni il gecəsi İstanbulun elit əyləncə məkanı “Reina”da törədilən dəhşətli qətliamın yeni detalları ortaya çıxıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, kamera görüntülərinə əsasən “Kalaşnikov” avtomatı ilə silahlanmış, qara geyimli terrorçu əyləncə məkanının girişinə atəş aça-aça yaxınlaşır. Qapıda dayanan polis məmurunu və onunla söhbət edən turizm şirkəti əməkdaşını güllələyir. Daha sonra içəri daxil olub “Reina”nın ikinci mərtəbəsinə çıxır. Oradan birinci mərtəbədə-zalda əylənən insanlara aramsız atəş açır. İnsanlar panika içində qaçır, bəziləri özlərini dənizə atır, yaxud xilas olmaq üçün masaların altında gizlənməyə çalışır.
Gununsesi.info