İstanbuldakı zəlzələ daha dəhşətli ola bilər -XƏBƏRDARLIQ

  • By admin
  • 10 Fevral 2023 09:04

Professor Naci Görür İstanbulda olması proqnoz edilən zəlzələdə zərərin daha çox olacağını bildirib:

“Bunu ilk dəfə deyirəm, bütün Türkiyə eşitsin. Türkiyədə ən çox zəlzələ yaradan iki tektonik plitə var. Biri Şimali Anadolu, digəri Şərqi Anadolu tektonik plitəsidir. Hər iki plitədə olan enerjinin böyük hissəsi son zəlzələ ilə boşaldı.

İstanbulda isə vəziyyət heç də yaxşı deyil. Bütün elmi araşdırmalar göstərir ki, İstanbulda vaxt yaxınlaşır. 1999-cu ildə edilən proqnoza görə, 30 il ərzində zəlzələ gözlənilir. Bundan artıq 23 il keçib, fəlakətə yaxınlaşırıq.

Maraş zəlzələsi gözlədiyimiz Mərmərə zəlzələsindən də böyük oldu. Aparılan uzun araşdırmalara görə deyirəm ki, İstanbulda maksimum 7,5 bal gücündə zəlzələ gözləyirik. Zəlzələnin gücü Maraşdakından biraz zəif olsa da, İstanbulda zərər indikindən daha çox olacaq”.

Mətləb
Gununsesi.info