“İstanbulluların səsi ilə qazandığımız bələdiyyəni AK Partiyaya təhvil verə bilmərik” -Kamal Kılıçdaroğlu

“İstanbulluların səsi ilə qazandığımız bələdiyyəni alıb AK Partiyaya təhvil verə bilmərəm. Əkrəm bəy təbii ki, vəzifəsinə davam edəcək”….

Gununsesi.info xəbər verir ki, bu sözləri CHP sədri Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun CHP-nin prezidentliyinə namizəd olacağı iddiasına cavab verib.

O, İmamoğlunun vəzifəsinə davam edəcəyini bildirib.

“İstanbuldan bu insanların səsləri ilə qazanılan Cümhuriyyət Xalq Partiyasına müəyyən mənada idarə etmək səlahiyyəti verilmiş bir bələdiyyəni heç vaxt, AK Partiyaya verə bilmərəm. Ona görə də Əkrəm bəy öz vəzifəsini davam etdirməlidirmi? Yəni, təbii ki, davam edəcək.”

Qeyd edək ki, prezident seçkilərindən sonra CHP-də dəyişiklik müzakirələri davam etməkdədir. İstefa vermək istəməyən CHP sədri Kılıçdaroğlu Əkrəm İmamoğlunun sədrliyə namizədlik əvəzinə vəzifəsini davam etdirməli olduğunu bildirib.

Eyni zamanda Kılıçdaroğlu partiyadaxili müzakirələrə də toxunub.

“Partiyadaxili müzakirələrə girmirəm. Çünki bu bir başqana yaraşmaz. Biz nə edəcəyimizə diqqət yetirməliyik. Harada əskikliyimiz var? Onları tez doldurmalıyıq”.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info