İstanbul aeroportu partladıldı - FOTO

  • By admin
  • 28 İyun 2016 23:59

explosion in İstanbul

 

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İstanbul Atatürk Hava limanındakı terror hücumu zamanı 10 nəfərin həlak olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, nazir bildirib ki, bir terrorçu əvvəl ətrafındakılara atəş açıb, daha sonra isə özünü partladıb: “İlkin məlumata görə, 10 şəhidimiz var”.

 

Bozdağ 20-yə qədər də yaralının olduğunu deyib.

Hazırda “Atatürk” hava limanında təyyarələrin uçuşuna və enməsinə qadağa qoyulub.

Dövlət Hava Meydanları İşlətmələrindəki mənbə Türkiyənin “Hürriyyet” qəzetinə bildirib ki, hava limanında 2 canlı bomba patlayıb. Onlardan biri xarici uçuşlar terminalında, biri isə avtomobil dayancağında özünü partladıb.  (APA)