
Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyin Avni Mutlu saxlanılıb.
Gununsesi.info-nun Türkiyənin “Yeni şəfəq” qəzetinə istinadən məlumatına görə, sabiq valini evində axtarış aparıldıqdan sonra saxlayıblar.
Keçmiş vali Fətullah Gülənin terror təşkilatına dəstək verməkdə ittiham edilir.
Qeyd edəkki, İstanbulda 2010-2014-cü illər arasında vali vəzifəsində çalışan Hüseyin Avni Mutlu FETÖ-cülərin 15 iyulda dövlət çevrilişinə cəhdinin ardından Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan 246 mülki amir arasında yer alırdı.
Gununsesi.info