“İşte Benim Stilim”də iştirak edən azərbaycanlı iştirakçı Vəfa Əlizadə dünənki efirdə qalmaqal yaşayıb.
Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, həmyerlimiz münsiflər heyətinin qarşısında olarkən yarışmaçıların gülməsinə əsəbiləşib. O, yerinə oturmağa gedəndə digər iştirakçı Burcu Yakasızı təhqir edib.
Burcu etirazını bildirdikdən sonra münsiflər kürsüsündə oturan Kamal Doğulu da Vəfaya xəbərdarlıq edib.
Aparıcı Öykü Serter Vəfanın sakitləşməsi üçün studiyadan çıxmasını istəyib. Öykü V.Əlizadənin ilk xəbərdarlığını alacağını bildirib.
Gununsesi.info