İstehlaka yararsız 66 ton qida məhsulu məhv edildi

  • By admin
  • 21 Noyabr 2022 20:13

İstehlaka yararsız 66 ton 64 kq qida məhsulları məhv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən ümumi çəkisi 66 ton 64 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Gununsesi.info