İsti havalarda qəbul edilən alkoqolun zərərləri

  • By admin
  • 25 İyul 2017 15:00

drinking-skin-cancer-650x325

Hazırda havanın temperaturu günü-gündən artmaqda davam edir. Belə havalarda sərinləmək üçün hər kəsin ağlına gələn ilk şey soyuq içki qəbul etməkdir. Lakin bu içkinin tərkibində alkoqol olarsa, vəziyyətiniz heç də yaxşı olmaya bilər.

Gununsesi.info günəşli yay günlərində içilən alkoqolun insan sağlamlığına zərərlərini oxucularına təqdim edir.

Bədəndəki su bazasını qurudur

Nəticədə alkoqolun təsiri susuzluğa səbəb olur. Bu da şiddətli baş ağrısına gətirib çıxarır.

İnfarkt riskini artırır

Onsuz da yüksək temperatur insan sağlamlığına ziyandır. Belə havalarda alkoqollu içki içən insan infarktın astanasında dayanmış olur. Bu, qan səviyyəsindəki ani dəyişikliklə əlaqədardır.

Enerjini azaldır

Sərinləmək üçün soyuq alkoqollu içki içmək ilk baxışdan yaxşı ideya kimi görünsə də, sonradan çiyin əzələləri boşalır və görmə qabiliyyəti ağırlaşmağa başlayır.

Depressiya yaradır

Alkoqol insan bədənindəki su bazasını qurutduğu kimi, dopamin və serotonin depolarını da məhv edir. Bu da depressiyaya səbəb olur.

Yuxusuzluğa səbəb olur

Gündüz saatlarında qəbul edilən alkoqol gecə yuxusuzluğa səbəb olur. Qana qarışan alkoqolun bədəndən xaric olması üçün mübarizə aparan beyin dərin yuxuya gedə bilmir.

Sürətlə çəki artırır

Yay aylarında qəbul edilən alkoqol tərkibindəki yüksək kalori səbəbindən sürətli çəki artımına səbəb olur. Bir qramında ortalama 7 kalori olan alkoqollu içkilər gündəlik qida normasını alt-üst edir.

Gununsesi.info