İstifadə üçün yararlı olan çimərliklər – SİYAHI

  • By admin
  • 01 İyun 2021 16:37

“Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba çimərliyi baktereoloji baxımdan aparılan ilkin müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”ında deyib.

Nazirlik rəsmisi qeyd edib ki, digər çimərliklərdə aparılan tədqiqatlar davam etdirilir:

“İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq”.

Gununsesi.info