Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometerologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə avqustun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə Abşeron yarımadasında 20-24, gündüz 29-34, Bakıda isə gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 30-40% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi bölgələrdə şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Gülnaz Qənbərli
Gununsesi.info