İstirahət günləri 10 min sürücü polisin radarına düşdü

  • By admin
  • 29 Avqust 2016 16:25

radar

Yol polisi şənbə-bazar günü 22 mindən artıq yol hərəkəti qayda pozuntusu faktını aşkar edib.

Gununsesi.info xəbər verir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi avqustun 27-28 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb.

İdarədən verilən məlumata görə, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər ötən həfətə də davam etmişdir. Respublika ərazisində təkcə şənbə və bazar günlərində bütövlükdə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib ki, onlardan da 10 mindən çoxu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb.

Qalan 12 mindən çox qayda pozuntusu, yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb ki, onlardan da 163-ü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi faktlarıdır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına ciddi əməl etmələrini tələb edir.

Gununsesi.info