İstirahət günü havanın temperaturu yüksələcək - 20 DƏRƏCƏ İSTİ OLACAQ

  • By admin
  • 12 Noyabr 2016 12:19

hava

Noyabrın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12° isti, gündüz  15-19° isti, Bakıda gecə  10-12° isti, gündüz  17-19° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə  3-8° isti, gündüz  13-18° isti olacağı gözlənilir.

Gununsesi.info