İstirahət və bayram günləri yol qəzalarında 19 nəfər ölüb

  • By admin
  • 14 Sentyabr 2016 12:37

qeza3

İstirahət günləri və Qurban bayramında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

HTML tutorial

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şənbə-bazar və Qurban bayramı günləri respublikanın avtomobil yollarında 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 17 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Daha bir hadisə isə sentyabrın 13-dən 14-nə keçən gecə Bakı şəhərində qeydə alınıb. Həmin hadisədə iki piyada ölüb.