İstirahət günlərində “yol terroru” - 7 ÖLÜ, 10 YARALI

  • By admin
  • 19 Fevral 2018 10:20
Daxili işlər orqanlarının son iki gündə qeydə aldığı cinayətlərin və hadisələrin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iki gün ərzində 183 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Gununsesi.info