
Yaponiyanın pikap istehsalçısı İsuzu Ukrayna müharibəsinə görə Rusiyaya istehsalını davam etdirməyəcəyini, bazardan geri çəkildiyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rəsmi Kyodo agentliyi xəbər verib.
Bildirilir ki, 2022-ci ildə Isuzu Rusiyanın Ukraynaya hücumlarından sonra hissələrin tədarükü problemi səbəbindən dayandırdığı istehsalını yenidən başlatmayıb.
Bu da yapon firmasına 1,7 milyard yen (12 milyon dollar) məbləğində əlavə maliyyə ziyanı vurub.
Isuzu, istehsalın kəsilməsi, hissələrin tədarükü problemi, maliyyə itkisi və Rusiya bazarından çəkilmə kimi faktorlar qarşısında istehsalını davam etdirməyəcəyini israrla açıqlayıb.
Bildirilib ki, yapon şirkətinin səhmləri Rusiyanın “Sollers” avtomobil istehsalçısına satılıb və o, “Isuzu”nun istehsalat obyektini və 200-ə yaxın əməkdaşını ələ keçirib.
Qeyd edək ki, 2008-ci ildə Rusiyada istehsala başlayan İsuzu 2021-ci ildə burada 3700 avtomobil istehsal edib.
Tərcümə
Şəbnəm
Gununsesi.info