İsveç Daxili Təhlükəsizlik Qurumu: PKK  ölkəmizdə terror işlərinə dəstək verir

  • By admin
  • 27 Fevral 2023 18:30

İsveçdən PKK Terror Təşkilatı ilə bağlı növbəti dəfə rəsmi etiraf səsləndirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Daxili Təhlükəsizlik Qurumu Sapo Terror Təşkilatı PKK-nın başçısının köməkçisinin bu ölkədə terror fəaliyyətlərinə dəstək verdiyini açıqlayıb.

Bu, araşdırmalar zamanı üzə çıxarılıb. Bu haqda açıqlamanı Sapo-nun başçısının köməkçisi Susanne Trehörninq səsləndirib.

TT Televiziyasına verdiyi müsahibəsində Susanne terror təşkilatının “insan toplamaq, maliyyə, terror əməllərini qızışdırmaq” kimi fəaliyyətlər göstərdiyini vurğulayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info