İsveç Gürcüstanla əlaqələri dayandırdı

  • By Günel
  • 29 Oktyabr 2024 18:41

ABŞ, Kanada və İsveç Gürcüstanda parlament seçkiləri sonrası durumu tənqid edib. “Gürcü arzusu” partiyası qələbə elan etsə də, müxalifət seçkilərin saxtalaşdırıldığını və rəsmi Moskvanın müdaxilə etdiyini iddia edir.

İsveç, Gürcüstan hökuməti ilə birbaşa əməkdaşlığı dayandırıb, Kanada isə ikitərəfli əlaqələri yenidən nəzərdən keçirəcəyini bildirib. İsveçin inkişaf və xarici ticarət naziri pozuntuların ciddi olduğunu vurğulayıb. Gürcüstan hökuməti ilə birbaşa əlaqələri dayandırsa da, İsveç bu ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinə 2 milyon 300 min dollar ayıracaq.

ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri, senator Ben Kardin seçkilərdəki pozuntuları “məyusedici” adlandırıb. Qərb ölkələri Gürcüstan prezidenti Salome Zurabişvilinin on minlərlə vətəndaşı etiraza səsləməsindən sonra bu açıqlamaları verib.

Rəsmi nəticələrə görə, “Gürcü arzusu” 54% səslə hökumətə nəzarəti əlində saxlayıb.

Gununsesi.info