İsveç hökuməti Quranın yandırılmasını pislədi

İsveç hökuməti Stokholmun əsas məscidi yaxınlığında Quranın yandırılmasını pisləyib, onu islamofob akt adlandırıb.

Gununsesi.info  AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-i bəyanat yayıb.

“İsveç hökuməti İsveçdəki nümayişlərdə fərdlər tərəfindən edilən islamofob aktlar müsəlmanlar üçün təhqiramiz ola biləcəyini tamamilə başa düşür”, – bəyanatda qeyd olunub.
Ətraflı

“İsveç hökumətinin fikirlərini heç bir şəkildə əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik”, – XİN-dən bildirilib.

Xarici İşlər Nazirliyinin bəyanatı Səudiyyə Ərəbistanında yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv ölkəsini Quranın təhqirinə qarşı hərəkətə keçməyə çağırmasından sonra verilib.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.

 

 

Gununsesi.info