İsveç mədən şirkəti: Avropanın ən böyük nadir torpaq elementləri yatağını tapdıq

  • By admin
  • 12 Yanvar 2023 20:28

İsveçdə mədən şirkətlərindən biri ölkənin şimalindakı Laplanda bölgəsində “önəmli” nadir torpaq elementlərinin rezervlərini təsbit etdiklərini açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin ictimai mədən şirkəti “LKAB” elektrikli texnikalar, külək tribunaları və digər yüksək texnologiya məhsullarının istehsalı üçün kritik önəm daşıyan tapılan xammadə yataqlarının Avropanın Çinə olan asılacağını azaldacağını söyləyib.

Paytaxt Sokholmun 960 km. şimalında Kirunada dəmir cövhəri çıxardan şirkət 1 milyon tondan artıq nadir torpaq oksidləri tapdıqlarını bildirib.

Avropanın ən böyük dəmir cövhəri istehsalçısı olan “LKAB” tapılan yataqların qitənin ən önəmli xam maddə qaynağı ola biləcəyini, ancaq 10-15 ildə işlədiləcək hala gələ biləcəyini bildirib.

Hazırda qlobal nadir torpaq elemetləri rezervinin böyük qismi Çindədir.

Nadir torpaq elementi nədir və hansı yerlərdə işlədilir?

Nadir torpaq elementi oalraq adlandırılan cəmi 17 element var. Bütövlükdə, torpaq altında kiçik rezerv halında tapılırlar. Ancaq nadir torpaq elementlərini “nadir” edən şey, rezervlərin azlığı deyil, bu elementləri işləməyin maliyyətinin yüksək olmasıdır.

Bu elementlər ağıllı telefonlardan kompüterlərə, lift və qatarlardan yüksək texnologiyalı döyüş təyyarələrinə və peyklərəqədər çox geniş sahələrdə emal proseslərinin önəmli parçasıdır.

Özəlliklə, yaşıl enerji, külək tribunaları və elektrikli texnikaların motorlarında kritik önəm daşıyırlar.

Rezervlər hana ölkələrdə?

Dünyadakı nadir torpaq elementləri rezervlərinin toplam 115,8 milyon ton olduğu təxmin edilir.

Ən böyük rezervlər bu ölkələrdə:

  • Çin: 44 milyon ton
  • Vytnam: 22 milyon ton
  • Braziliya: 22 milyon ton
  • Rusiya: 21 milyon ton
  • Hindistan: 6,9 milyon ton
  • Avstraliya: 4 milyon ton
  • Amerika: 1,8 miyon ton
  • Qrenlandiya: 1,5 milyon ton

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info