İsveç miqrantlara 34 min dollar ödəyəcək

İsveç hakimiyyəti miqrantlara, qaçqınlara və siyasi sığınacaq axtaranlara ölkədən könüllü olaraq çıxıb vətənlərinə qayıtmaları üçün təxminən 34 min dollar ödəməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb.

Qanun layihəsinə görə, ölkəni tərk edənlər 2026-cı ildən başlayaraq 350 min İsveç kronu məbləğində ödəniş ala biləcəklər.

Bildirilir ki, miqrantlar İsveçdən könüllü getdiklərinə görə də mükafat ala bilərlər, lakin bu, nisbətən kiçikdir – böyüklər üçün 10 min kron və uşaq üçün 5 min kron nəzərdə tutulub.

Gözlənilir ki, kompensasiya almaq daha çox uzun müddət işsiz olan və ya aşağı gəliri olan və dövlətdən sosial yardımdan asılı olanlar üçün maraqlı olacaq.

Qeyd edək ki, Afrikadan, Əfqanıstandan və Yaxın Şərqdən olan insanların dəstələrdə toplaşaraq narkotik alveri, oğurluq və cinayətlə məşğul olduğu İsveçin etnik cinayətlə bağlı böyük problemi var.

 

 

Şəbnəm

Gununsesi.info