İsveç Rusiyaya görə əsgər sayını ikiqat artırır

İsveç Rusiyaya görə əsgər sayını ikiqat artırır


İsveç ordusunun sayını 2035-ci ilə qədər 50 mindən 120 minə qədər artıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiya İsveç ordusunun yeni müdafiə strategiyasında yer alıb. Strategiyada Stokholmun hərbi xərclərini 6,5 milyarddan 13 milyarda qədər artırılacağı da vurğulanıb:

“Müdafiənin gücləndirilməsinin bir neçə səbəbi var. Bunlardan biri də qlobal inkişafın qeyri-müəyyən olmasıdır. Rusiya öz fəaliyyətləri ilə Gürcüstan və Ukraynada göstərdi ki, o, istənilən an hərbi gücdən istifadə edə bilər. O, hərbi imkanlarını 2020-dən sonra da artırmağı planlaşdırır”.

 

Gununsesi.info

COMMENTS