
İsveç Ukraynaya 126,4 milyon avro yardım edəcəklərini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Benjamin Dousa Ukraynaya yenidənqurma və inkişaf, habelə təcili humanitar ehtiyaclar üçün 126,4 milyon avro yardım edəcəklərini açıqlayıb.
Ukrayna ABŞ və Rusiya yaxınlaşmasının kölgəsində Avropa ölkələrindən dəstək alır. İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Benjamin Dousa Ukraynaya yenidənqurma və inkişaf, habelə təcili humanitar ehtiyaclar üçün 126,4 milyon avro yardım edəcəklərini açıqlayıb.
Dousa mətbuat konfransında deyib: “Ukraynaya dəstək İsveçin təhlükəsizliyi ilə yanaşı həmrəylik məsələsidir. Son bir neçə həftə asan olmayıb. Artıq dünyanın Ukraynaya dəstəyini təbii qəbul edə bilməyəcəyimiz heç vaxt bu qədər aydın olmayıb”.
Dousanın İsveçin ən böyük mülki yardım proqramı kimi təsvir etdiyi yardım paketinə infrastrukturun yenidən qurulması, həmçinin minalardan təmizlənmə və tibb işçilərinin təlimi üçün dəstək daxildir.
Orxan