İsveç Ukraynaya daha güclü silahlar göndərir

  • By admin
  • 30 Oktyabr 2022 14:27

İsveç hakimiyyəti Ukraynaya daha müasir və daha ağır silahlar verməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bunu İsveçin yeni müdafiə naziri Pol Yonson deyib.

Yonson İsveçin konkret nə göndərməyi planlaşdırdığını açıqlamayıb, lakin “Ukraynanın daha təkmil hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu” qeyd edib.

“Mən Kiyevə daha müasir silahlar verməyə hazıram. Mənim ilk ikitərəfli görüşüm Ukrayna müdafiə naziri Aleksey Reznikovla olub. Yeri gəlmişkən, Ukraynaya daha müasir hava hücumundan müdafiə sistemləri lazımdır”, – Yonson bildirib.

Gununsesi.info