İsveç XİN Rusiyanın Ukrayna ilə həmsərhəd regionlarına getməməyi tövsiyə edib

  • By admin
  • 21 Fevral 2022 20:24

İsveç Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyanın Ukrayna ilə həmsərhəd regionlarına səfər etməməyi tövsiyə edib.

Bu barədə Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir.

“Təhlükəsizlik ilə bağlı vəziyyətdə baş verən dəyişikliklərlə əlaqədar olaraq Xarici İşlər Nazirliyi 21 fevral 2022-ci il tarixində Rusiyaya şamil edilən tövsiyələri dəyişdirmək qərarına gəlib: Xarici İşlər Nazirliyi Belqorod, Voronej və Rostov vilayətlərinə səfər etməkdən çəkinməyi tövsiyə edir”, – bəyanatda deyilir.

Qeyd edək ki, bundan əvvəl “Sveriges Radio” ölkə XİN-inə istinadən İsveçin Kiyevdəki səfirliyin əməkdaşlarının əksəriyyətini geri çağırmaq qərarına gəldiyini və səfirliyi bağlamağı düşündüyünü bildirmişdi.

 

 

Gununsesi.info