İsveçdə əsrin ən soyuq temperaturu qeydə alındı

  • By admin
  • 16 Yanvar 2024 09:52

İsveçin şimalındakı Vittangi kəndində -44,6°C temperatur qeydə alınıb ki, bu da ölkədə 21-ci əsrin əvvəlindən bəri ən aşağı temperaturdur.

Gununsesi.info xəbər verir ki, bu barədə İsveç Meteorologiya İnstitutu (SMHI) məlumat yayıb.

Vittangidə temperatur rekordu yanvarın 5-də, İsveçdə şaxtanın pik nöqtəsində qeydə alınıb, lakin meteoroloqlar məlumatları yalnız indi əldə edə biliblər.

SMHI qeyd edir ki, İsveçdə 2001-ci ildə əsrin ən aşağı temperaturu ölkənin mərkəzi hissəsindəki Storbo şəhərində -44° olub.

İsveç Meteorologiya İnstitutu bildirib ki, Vittangi daha əvvəl də aşağı temperatur qeydə alıb. 1890-cı ilin noyabrında oradakı termometr -43.0°C-ə düşüb ki, bu da İsveçdə həmin ay üçün hələ də rekord minimumdur.

Yanvarın əvvəlində bütün Skandinaviyada həddindən artıq qış havası hökm sürürdü. İsveç və Finlandiya Laplandiyasında havanın temperaturu -40°C-dən aşağı düşüb, Norveçin cənubunda, İsveçdə və Danimarkanın bəzi bölgələrində güclü qar yağması tıxaclara səbəb olub.

Gununsesi.info