
İsveçin Malmö şəhərində həmkarlar ittifaqları evində atışma olub.
Gununsesi.info xəbər verir ki, insident zamanı binada 100-dək insan olub. Atışma nəticəsində azı üç nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerində təhqiqat aparılır, təfərrüatlar barədə məlumat verilmir.
Gununsesi.info