İsveçdə koronavirus məhdudiyyətlərinin əksəriyyəti aradan qaldırılıb

  • By admin
  • 09 Fevral 2022 16:47

İsveç hökuməti vaksin pasportlarını, insanların ictimai yerlərdə toplaşmasına tətbiq edilən məhdudiyyətləri, həmçinin bar və kafelərin qısaldılmış iş saatlarını ləğv edib.

Bu barədə Gununsesi.info “Associated Press”ə istinadən xəbər verir.

HTML tutorial

Lakin 3 tövsiyə qüvvədə qalmaqdadır. Belə ki, 12 yaşdan yuxarı şəxslər COVID-19-a qarşı peyvənd olunmalı, koronavirus simptomları olan şəxslər evdə qalmalı, peyvənd olunmamış yaşlı şəxslər isə insanların kütləvi toplaşdığı yerlərdən və qapalı məkanlarda keçirilən böyük tədbirlərdə iştirakdan çəkinməlidir.

Bundan başqa, İsveçdə bütün şəxslərdən, o cümlədən xəstəlik simptomlarına malik şəxslərdən COVID-19 testlərinin götürülməsi dayandırılıb.

Xəstəliyin simptomları yarandıqda yalnız tibb işçiləri, sosial sahələrdə çalışan şəxslər və daha həssas qrupların nümayəndələri ödənişsiz PZR test vermək hüququna malik olacaq.

 

 

Gununsesi.info