İsveçdə məscid yandırıldı

  • By admin
  • 26 Sentyabr 2017 17:44

yangin

İsveçdəki Örebro şəhərindəki məsciddə yanğın baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şəhər yanğınsöndürmə xidmətinin rəhbəri  Ulf Jakobsen, məscidin tamamilə yararsız hala düşdüyünü bildirib.

Hadisə nəticəsində  ölən  və yaralanan olmayıb.

2007-ci ildə Vivalla qəsəbəsində inşa edilmiş məsciddə eyni zamanda 250 nəfər ibadət edə bilirdi.